Rusiya–Ermənistan münasibətlərində həlledici mərhələ
Regionda gedən geosiyasi proseslər və Ermənistanın xarici siyasət prioritetləri fonunda Rusiya–Ermənistan münasibətləri yenidən diqqət mərkəzinə düşüb. İqtisadi əməkdaşlıq, inteqrasiya istiqamətləri və gələcək strateji seçimlərlə bağlı müzakirələrin intensivləşdiyi bir dövrdə yüksək səviyyəli təmaslar xüsusi əhəmiyyət daşıyır.
Səfər fonunda Overçukun daha əvvəl Ermənistanın Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməli olacağı barədə açıqlamaları diqqət çəkir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistana səfər edib. O, Ermənistan–Rusiya hökumətlərarası komissiyasının iclasında iştirak edir. İclasın yekunları üzrə bəyanatın verilməsi gözlənilir.
Bundan əvvəl Overçuk bildirmişdi ki, Ermənistan “Aİ ilə Aİİ arasında seçim etməli olacaq”, hər iki birliyin eyni vaxtda üzvü olmağın mümkün olmadığını vurğulamışdı.
Zeynəb Xuduyeva
15:58 17.12.2025
Oxunuş sayı: 856