Rusiya MN: Kupyansk “Qərb” qoşun qruplaşmasının nəzarətinə keçib
Rusiya Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov bildirib ki, Rusiya Silahlı Qüvvələrinin “Qərb” qoşun qruplaşması Ukraynanın Xarkov vilayətində yerləşən Kupyansk şəhərinə nəzarəti ələ keçirib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, Ukrayna ordusu şəhəri geri qaytarmaq üçün dəfələrlə cəhd göstərsə də, bu cəhdlər nəticəsiz qalıb. Belousov iddia edib ki, bölgədə vəziyyət Rusiya qoşunlarının nəzarəti altındadır və hücumlar uğurla dəf olunur.
O, həmçinin qeyd edib ki, Kupyansk istiqamətində aparılan əməliyyatlar Rusiya ordusunun planına uyğun şəkildə davam edir. Nazir Ukrayna tərəfinin canlı qüvvə və texnika itkisi verdiyini də vurğulayıb.
Qeyd edək ki, Ukrayna tərəfi hələlik bu açıqlamaya rəsmi münasibət bildirməyib. Regionda vəziyyətlə bağlı məlumatlar tərəflərin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
Mehriban İbrahimli
15:55 17.12.2025
Oxunuş sayı: 888