Türkiyədə FETÖ ilə əlaqəli şəxslər saxlanılıb
Son iki həftədə Türkiyə hüquq-mühafizə orqanları Fətullah Gülən təşkilatı (FETÖ) ilə əlaqəsi olan 160 nəfəri saxlayıb, onlardan 90 nəfəri həbs olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Daxili İşlər naziri Əli Yerlikaya X sosial şəbəkəsində açıqlama verərək əməliyyatların 39 vilayətdə həyata keçirildiyini bildirib. Saxlanılan şəxslər arasında təşkilatın maliyyə, təhsil və xarici əlaqələr sahələrində fəaliyyət göstərən üzvlər də yer alır.
Nigar Yahyazadə
14:05 17.12.2025
Oxunuş sayı: 984