Macarıstan Ermənistan üçün hərbi yardıma veto qoymaqdan imtina edib
Macarıstan Avropa İttifaqının “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana ayrılması nəzərdə tutulan 20 milyon avro məbləğində hərbi yardıma qoyduğu vetonu geri götürüb. Qərarın yekun rəsmiləşdirilməsinin 2026-cı ilin yanvar ayında gözlənildiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd edək ki, 2021-ci ildə yaradılan “Avropa Sülh Fondu” Aİ-yə üzv olmayan ölkələrə hərbi yardım göstərilməsi məqsədi daşıyır.
Günel Verdiyeva
14:00 17.12.2025
Oxunuş sayı: 975