Fridrix Merts: Qərb sülhməramlıları Ukraynada Rusiya qoşunlarının hücumlarını dəf edə bilər
Almaniya Federativ Respublikasının kansleri Fridrix Merts Qərb sülhməramlılarının Ukraynada Rusiya Silahlı Qüvvələri ilə toqquşma ehtimalını mümkün hesab edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Merts bildirib ki, müzakirə olunan təhlükəsizlik təminatları çərçivəsində sülhməramlı qüvvələr “müəyyən hallarda” Rusiya qoşunlarının hücumlarına qarşılıq verə bilərlər. Onun sözlərinə görə, bu ehtimal uzaq perspektivə aiddir və əsas məqsəd demilitarizasiya olunmuş zonanın təmin edilməsidir.
Pərvin Hacıyeva
13:26 17.12.2025
Oxunuş sayı: 984