Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır
Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür.
Crossmedia.az xatırladır ki, MSN 2005-ci il dekabrın 16-da Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.
Dövlət başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-də ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Ötən müddətdə nazirliyin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatların uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib. Hazırlanan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb.
Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində MSN-də 20 il ərzində mühüm uğurlar əldə olunub. Ordu quruculuğu sahəsində də islahatlar aparılıb, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Ordunun silah-sursat və digər müdafiə təyinatlı məmulatlarla təchiz edilməsində dövlət başçısının müvafiq sərəncamı ilə yaradılan nazirlik layiqli yerini tutmaqdadır.
11:57 17.12.2025
Oxunuş sayı: 1114