Xankəndidə ittiham olunan şəxs saxlanma şəraitindən razıdır
Xankəndidə terror aktı törətməyə cəhddə ittiham olunan Karen Avanesyan hazırda Gəncə şəhərindəki istintaq təcridxanasında saxlanılır. Onun saxlanma şəraiti və özünə göstərilən münasibətdən razı olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, Avanesyan verdiyi açıqlamada istintaq təcridxanasında normal şəraitin yaradıldığını qeyd edib. “Məni normal qida ilə təmin edirlər, mənə yaxşı qayğı göstərilir. Hökumətə və məhkəməyə təşəkkür edirəm”, - deyə o bildirib.
Rəsmi qurumlar tərəfindən açıqlanıb ki, saxlanılan şəxslərin hüquqları qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin olunur və onlarla rəftar beynəlxalq standartlara cavab verir. İş üzrə istintaq tədbirləri davam etdirilir, məhkəmə prosesi çərçivəsində bütün hallara hüquqi qiymət veriləcəyi vurğulanır.
Qeyd edək ki, Karen Avanesyan terror aktına cəhd ittihamı ilə məsuliyyətə cəlb olunub və hazırda barəsində aparılan cinayət işi üzrə araşdırmalar davam edir. Dövlət qurumları prosesin şəffaf və qanuna uyğun şəkildə aparıldığını bildirir.
Sevinc Yarməmmədova
15:00 16.12.2025
Oxunuş sayı: 1069