66 nəfər sürücülük hüququ olmayanların qəzasında həlak olub
Nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan idarə edilməsi ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının səbəbləri içərisində xüsusi diqqət çəkir.
Crossmedia.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Qeyd olunub ki, təkcə cari ilin 11 ayı ərzində bu qəbildən olan 113 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 66 nəfər həlak olub, 84 nəfər isə yaralanıb.
13:34 16.12.2025
Oxunuş sayı: 983