Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatarlar hərəkət edəcək
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 20 və 21 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
Crossmedia.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olar.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və yaxud "ADY Mobile" tətbiqindən əldə etmək olar.
12:50 16.12.2025
Oxunuş sayı: 1598