Tədqiqatçımız Adıgözəl Məmmədovun yeni kitabı işıq üzü gördü
İstedadlı tədqiqatçımız Adıgözəl Məmmədovun türk və ingilis dillərində qələmə aldığı, Səudiyyə Ərəbistanının tarixi inkişafını əks etdirən və dövlətin qurucusu Kral Əbdüləziz Bin Əbdülrəhman Əl-Feysəl Əl Səud ilə onun davamçılarının fəaliyyətindən bəhs edən
Crossmedia.az xəbər verir ki, "Məhəmməd Bin Salman Əl Səud: Yaxın Şərqin Yeni Avropası. Tarixi zəmində psixoloji portretlər" adlı kitabı bu günlərdə nəşr olunmuşdur.
Müəllif qeyd edir:
"Şübhəsiz ki, Kral Əbdüləziz Bin Əbdülrəhman çox görkəmli şəxsiyyət idi. İstisnasız olaraq bütün tarixçilər və siyasətçilər bu fikirdə həmrəydirlər. Kral Əbdüləziz yorğun bir adam təəssüratı bağışlasa da, bu yorğunluq fərdi yox, irqi xarakter daşıyırdı. Bu, uzun illər varlığını qoruyub saxlamış qədim və təmkinli bir xalqın yorğunluğu idi. Onun yavaş hərəkətləri, ləng danışığı, məlahətli təbəssümü, qalın kirpiklərinin altından baxan düşüncəli baxışları ona dərin nəciblik və ləyaqət bəxş edirdi."
Kitabda həmçinin dövlətin qurucusunun varislərinin sonrakı dövrlərdə həyata keçirdikləri siyasi islahatlar, ictimai dəyişikliklər və psixoloji portretləri də geniş şəkildə təhlil olunur.
17:23 15.12.2025
Oxunuş sayı: 6419