9 yaşlı uşaq velosipeddən yıxılaraq ölüb
Ağdam rayonunda velosiped sürən azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Crossmedia.az xəbər verir ki, Alıbəyli kənd sakini, 2016-cı il təvəllüdlü Hüseyin Rüfət oğlu Baxşəliyev velosipedlə hərəkətdə olarkən idarəetməni itirib və yıxılıb.
Nəticədə H.Baxçəliyevin başı daşa dəyərək hadisə yerində həyatını itirib.
16:00 15.12.2025
Oxunuş sayı: 1680