Avstraliya Azərbaycanlıları Assosiasiyası Bondi hücumunu pisləyib
Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) Bondi çimərliyində baş verən hücumu kəskin şəkildə pisləyib. Assosiasiya hadisənin antisemit nifrət zəminində törədildiyini və bunun təkcə yəhudi icmasına deyil, bütövlükdə Avstraliya cəmiyyətinin əsas dəyərlərinə qarşı yönəlmiş zorakılıq aktı olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bəyanatda vurğulanıb ki, AAA antisemitizm və istənilən ekstremizm forması ilə mübarizədə qətiyyətlidir və cəmiyyətin birliyinə qarşı yönələn zorakılığa yol verilməməlidir.
Assosiasiya qeyd edib ki, Avstraliyada nifrətə yer yoxdur və bir icmaya edilən hücum hamıya qarşı edilmiş hücum deməkdir. Bildirilib ki, ölkə birliyini qoruduğu təqdirdə daha güclü olacaq və qorxu ilə nifrətin cəmiyyəti parçalamağına imkan verilməyəcək.
Nəzrin Abbas
11:10 15.12.2025
Oxunuş sayı: 2542