“Qarabağ”ın oyunu ilə bağlı Bakı metrosunun iş rejimi uzadıldı
"Bakı Metropoliteni" QSC "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.
Bu barədə Crossmedia.az-a səhmdar cəmiyyətindən bildirilib.
Dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.
"Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq", - məlumatda deyilir.
14:52 09.12.2025
Oxunuş sayı: 1016