Zelenski: Avropa və Ukrayna alternativ sülh planı hazırlayır
Ukrayna prezidenti Volodimir Zelenski Avropa və Ukraynanın ölkədəki münaqişənin həlli üçün öz sülh planı üzərində çalışdığını bildirib. Onun sözlərinə görə, planın sabah axşam saatlarında hazır olacağı gözlənilir və ABŞ tərəfinə göndəriləcək.
Crossmedia.az xəbər verir ki, Zelenski vurğulayıb ki, Ukrayna ərazi güzəştlərinə gedə bilməz və ABŞ prezidenti Donald Trampın sülh prosesi ilə bağlı “fərqli vizyonu” olduğunu qeyd edib.
8 dekabrda Tramp Zelenskinin Vaşinqtonun təklif etdiyi sülh planına maraq göstərməməsindən narazılığını ifadə edib. Tramp bildirib ki, Kiyevdə ABŞ planından narazı qalan yeganə şəxs danışıqları qəsdən yubatdığı iddia edilən Zelenskidir. Amerika liderinin oğlu Donald Tramp kiçik də əlavə edib ki, Ukrayna rəhbərliyinin inadkarlığı səbəbindən ABŞ sonda Kiyevə dəstəyini azalda bilər.
Səriyyə Tağıyeva
23:45 08.12.2025
Oxunuş sayı: 1000