Türkiyə və Macarıstan 16 saziş imzalayıb
Prezident Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası üçün İstanbula gələn Macarıstan Baş naziri Orbanı Prezident Dolmabahçe Ofisində rəsmi olaraq qarşıladı.
Crossmedia.az bu barədə HaberGlobal-a istinadən xəbər verir.
Qarşılama mərasimindən sonra Prezident Ərdoğan içəri girməzdən əvvəl Orbanla qısa söhbət etdi.
Daha sonra Prezident Ərdoğan nümayəndə heyətini Orbana təqdim etdi və görüşü başladı.
Xarici işlər naziri Hakan Fidan da qəbulda iştirak etdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstan Baş naziri ilə görüşündən sonra iki ölkə arasında rəsmi sənədlərin imzalanma mərasimi baş tutub.
Mərasimdə informasiya, milli təhlükəsizlik, müdafiə sənayesi, ali təhsil, texnologiya, infrastruktur, ticarət və bir sıra sahələri əhatə edən 16 sənəd imzalanıb.
Səriyyə Tağıyeva
23:32 08.12.2025
Oxunuş sayı: 884