ABŞ və Ukrayna arasında sülh danışıqları Donbas məsələsində dalana dirənib
ABŞ və Ukrayna arasında sülh danışıqları Donbas bölgəsinin taleyi ilə bağlı əsas fərqlilik üzündən dayanıb.
Crossmedia.az "Politico"-ə istinadən xəbər verir. Onun məlumatına görə, Vaşinqton Kiyevi bütün Donbasdan imtina etməyə məcbur etməyə çalışır, lakin Rusiya üç illik müharibədən sonra bölgəni tam ələ keçirə bilməyib.
Ukrayna isə hələ də Donbasın təxminən 30 faizinə nəzarət edir və istənilən razılaşmanın mövcud cəbhə xəttində müharibəni dondurmasını tələb edir.
Məlumata görə, tərəflər hələ razılığa gələ bilməyib və Donbasın statusu sülh danışıqlarının ən problemli mövzusu olaraq qalır.
Ukrayna rəsmiləri vurğulayır ki, regionda sülh və təhlükəsizlik təmin olunmadan uzunmüddətli razılaşma mümkün olmayacaq.
Türkan Kərimli
19:46 08.12.2025
Oxunuş sayı: 887