Qəbələdə rayon ərazisindən axan çaylarda mühafizə tədbirləri görülür
Qəbələdən axan çaylarda sel və daşqınlara qarşı mühafizə tədbirləri aparılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, idarənin iki əsas fəaliyyət istiqamətindən biri rayonun inzibati yaşayış yerlərini və kənd təsərrüfatına yararlı torpaq sahələrini sel sularından mühafizə etməkdən ibarətdir. Bunun üçün yarana biləcək sel təhlükəsinin qarşısını almaq məqsədi ilə mütəmadi olaraq çay məcraları təmizlənir, mövcud daş-beton bəndlər təmir olunur, yeniləri inşa edilir.
İl ərzində Dəmiraparan çayının sol sahilində investisiya hesabına 1400 paqon metr, Bum çayının sağ sahilində Uludaş kəndinin üzərində 130 paqon metr, Həmzəli çayının sağ sahilində 100 paqon metr əsaslı daş-beton bəndlərinin vurulması nəzərdə tutulub və artıq Həmzəlli çayında bəndin vurulmasına başlanılıb.
Qeyd olunub ki, hazırda idarənin ağır texnikaları müxtəlif çay məcralarında tənzimləmə işlərini həyata keçirir.(Report)
21:35 08.12.2025
Oxunuş sayı: 915