Cəmiyyət Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib
Rosaviasiyanın sözçüsü Artem Korenyako dekabrın 8-də bildirib ki, Saratov hava limanında təyyarələrin gəlişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, "Saratov Hava Limanı (Qaqarin). Təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - o, Teleqram kanalında yazıb.
Korenyakonun qeyd etdiyi kimi, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilir.
Həmin gün səhər saatlarında Vladiqafqaz, Qroznı və Maqas hava limanlarında uçuşlara məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlər daha sonra Vladiqafqaz və Maqas hava limanlarında , sonra isə Qroznıda götürülüb . Həştərxan hava limanında da uçuşlara məhdudiyyətlər qoyulub , bir neçə saat sonra bu məhdudiyyətlər aradan qaldırılıb .
Səriyyə Tağıyeva
23:21 08.12.2025
Oxunuş sayı: 1173