İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Crossmedia.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin".
11:37 08.12.2025
Oxunuş sayı: 1233