Böyük Britaniya: “Atlantik Qalası” proqramı Rusiyadan gələn təhdidlərə qarşı təqdim edilib
Böyük Britaniya hökuməti Rusiyadan gələn təhdidlərin qarşısını almaq məqsədilə “Atlantik Qalası” adlı dəniz modernləşdirmə proqramını təqdim edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Proqram Kral Dəniz Qüvvələrinin təkmilləşdirilməsi üçün milyonlarla funt sterlinqlik investisiyaları əhatə edir və gəmiləri, sualtı qayıqları, təyyarələri və pilotsuz gəmiləri vahid süni intellektlə idarə olunan rəqəmsal cavab sisteminə inteqrasiya edəcək.
Məlumata görə, konsepsiyanın mərkəzində yerləşən Atlantic Net sistemi düşmən sualtı qayıqlarını aşkar etmək, təsnif etmək və izləmək üçün lokal sualtı planer donanmalarından ibarət sensor şəbəkəsini istifadə edəcək.
Böyük Britaniyanın müdafiə naziri Con Haley bildirib ki, layihənin texnologiyalarının inkişafına və sınaqdan keçirilməsinə artıq 14 milyon funt sterlinq sərmayə qoyulub və proqramın ilk mərhələsi gələn ilin əvvəlində istifadəyə veriləcək.
Türkan Kərimli
19:57 08.12.2025
Oxunuş sayı: 930