Peskov: Yeni ildən əvvəl Putinlə Tramp arasında görüşdən söhbət getmir
Dekabrın 8-də Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Yeni ildən əvvəl başqa görüşdən söhbət getmir.
Crossmedia.az bu barədə İzvestiya-ya istinadən xəbər verir.
"Bu barədə hələ heç bir söhbət yoxdur" deyə o , Birinci Kanalda iki ölkə liderləri arasında yaxın gələcəkdə sammitin keçirilməsi ehtimalını şərh edərkən bildirib.
Peskov izah edib ki, görüşün “səmərəli” olması üçün diqqətli hazırlıq tələb olunur. Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, bu məqsədlə Moskva ilə Vaşinqton arasında ekspertiza işləri aparılır.
O, həmçinin bildirib ki, Rusiya tərəfi hələlik Floridada ABŞ- Ukrayna danışıqlarının nəticələrini bilmir .
“Biz bunu öyrəndikdən sonra necə irəliləyəcəyimiz və bundan sonra hara gedəcəyimiz bəlli olacaq”, – Peskov yekunlaşdırıb.
23:10 08.12.2025
Oxunuş sayı: 1147