Azərbaycan əsərləri Vyanada beynəlxalq festivalda səslənib
Vyanada təşkil olunmuş “Edelvays” (“Edelweiss”) beynəlxalq musiqi festivalında Azərbaycan musiqisi səslənib.
Crossmedia.az xəbər verir ki, şəhərin mərkəzində yerləşən Musik Quartier səhnəsində baş tutan festivalda Norbert Ebner və Yulia Birtus Azərbaycan bəstəkarları Qara Qarayevin (uşaqlar üçün fortepiano silsiləsindən “Sad Story” adlı pyes) və Tofiq Əhmədovun (“Çiçəklər sevinsin“ mahnısı) fortepiano əsərlərini uğurla ifa ediblər. Festivalın bağlanışında “Çiçəklər sevinsin” mahnısının Vyanada fəaliyyət göstərən “SunDanceCompany” rəqs qrupu tərəfindən müşayiət olunması kompozisiyanın təkcə musiqi parçasının ifası deyil, həm də vizual bir təcrübə halına gəlməsini təmin edib.
Qeyd olunmalıdır ki, hər iki gənc musiqiçi 2024-cü ildə musiqişünas və pedaqoq Fərəh Tahirova tərəfindən təsis edilmiş “Musiqi sevinc bəxş edir” musiqi məktəbinin şagirdləridir. Musiqiçilərin bu ifaları Azərbaycan klassik musiqisinin beynəlxalq səhnədə tanıdılması üçün böyük bir töhfədir.




22:55 08.12.2025
Oxunuş sayı: 1059