Yaponiyada zəlzələ nəticəsində yeddi nəfər xəsarət alıb - Yenilənib
Yaponiyada baş verən zəlzələ nəticəsində yeddi nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, Baş nazir Sanaye Takaiti bu barədə təcili brifinqdə deyib.
O, əlavə edib ki, ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.
Dekabrın 8-də Yaponiyanın şimalında 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Aomori prefekturasının şərqində yerləşir. İvate və Hokkaydo sahil əraziləri də ən böyük risk altındadır. Sakinlərə oranı tərk etmək və daha yüksək ərazilərə köçmək tövsiyə olunub.
Daha sonra Yaponiyada sunami qeydə alınıb. Aomoridə dalğa hündürlüyü 40 santimetr, Hokkaydoda isə 20 santimetr olub.
18:45
Yaponiyanın şimalında 7,2 maqnitudalı güclü zəlzələ baş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin Meteorologiya Agentliyinin məlumatına əsasən, Amori prefekturasının şərq sahili yaxınlığında, təxminən 50 km dərinlikdə qeydə alınıb.
Məlumata görə, Amori prefekturasının Sakit okean sahillərində və Hokkaydonun mərkəzi hissəsində sunami təhlükəsi elan edilib. Meteoroloqlar dalğaların 3 metrə qədər çata biləcəyi barədə xəbərdarlıq edirlər. Bir neçə dəqiqə sonra bölgədə daha bir güclü təkan baş verib və o, Tokioda belə hiss olunub.
Hazırda xəsarət alanlar və ya ölənlərlə bağlı məlumat yoxdur.
22:25 08.12.2025
Oxunuş sayı: 1387