Masazırda "BMV" markalı minik avtomobili yandı: Ölən var
Abşeron rayonu, Masazır qəsəbəsində avtomobil yanıb.
Crossmedia.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.
Belə ki, “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.
Aparılan tibbi müdaxilələrə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
10:12 08.12.2025
Oxunuş sayı: 942