Fox News: Tramp administrasiyası İran və Venesuelaya təzyiqi artırır
“Fox News”un təhlilinə görə, ABŞ hökumətinin Venesuela prezidenti Nikolas Maduroya qarşı artan təzyiqləri Vaşinqtonun Rusiyanın qlobal təsirini zəiflətmək strategiyasının bir hissəsidir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, telekanal yazır ki, Donald Tramp administrasiyası Ukraynadakı müharibənin gedişinə təsir göstərmək və “Moskvanın müttəfiqi olan yaramaz dövlətləri cilovlamaq” məqsədi ilə İran və Venesuelanı hədəf alıb.
Məlumata görə, Vaşinqton hesab edir ki, Venesuela Rusiyadan asılı ölkələrdən biridir və ABŞ-nin sərt siyasəti Moskvanın öz tərəfdaşlarını qorumaqda aciz olduğunu nümayiş etdirir.
Nəzrin Abbas
22:00 07.12.2025
Oxunuş sayı: 1742