Bakının əsas magistrallarında sıxlıq: Yağmurlu hava və həftəsonu sıxlığı artırıb
Həm davam edən yağmurlu hava şəraiti, həm də həftəsonu olduğu üçün paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, sıxlığın azaldılması məqsədilə yol polisi əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür. Texniki nasaz avtomobillər yolda qaldıqda, yol-nəqliyyat hadisələri baş verdikdə dərhal əraziyə evakuatorlar cəlb olunaraq nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri həyata keçirilir.
Hal-hazırda yollardakı vəziyyət:
1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
5. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
9. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
12. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
13. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
15. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
17:19 05.12.2025
Oxunuş sayı: 1098