Binəqədidə obyekt partladı: Xəsarət alanlar var
Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində xəsarət alan 3 nəfər Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 15:30 radələrində Binəqədi rayonu ərazisindən baş verən partlayışla bağlı həmin ünvana təcili tibbi yardım briqadası cəlb olunub.
Bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə 3 kişi Yanıq Mərkəzinə hospitalizasiya olunub.
17:13
Paytaxtın Binəqədi rayonunda obyektlərdən birində partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Baku.ws-in "Qaynar xətt"inə görüntülər daxil olub.
Qeyd edilib ki, hadisə rayonun 6-cı mikrorayon ərazisində yaşanıb. Partlayış güclü yanğınla müşayiət olunmayıb.
Məlumatda o da bildirilib ki, partlayış zamanı xəsarət alanlar var.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əraziyə qurumun müvafiq əməkdaşları cəlb edilib.
18:27 05.12.2025
Oxunuş sayı: 1549