Qubada avtobus yük maşını ilə toqquşub
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, sərnişin avtobusu "Ford" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
14:11 05.12.2025
Oxunuş sayı: 1980