Pyezoelektrik materiallardan istifadə olunmaqla elektrik enerjisi istehsalının perspektivləri
Pyezoelektrik materiallar hər hansı fiziki təsirə məruz qaldıqda və ya titrəyərkən elektrik enerjisi istehsal edir. Bu xassə həmin materialların kristal qəfəsləri ilə bağlıdır və piezoelektrik effekt adlanır.
Crossmedia.az xəbər verir ki, pyezoelektrik effekt 150 il əvvəl kəşf edilsə də, onun tətbiq sahələri genişlənməkdə davam edir.
Texnika və texnologiyaların inkişafı bu materialların tətbiqi üçün geniş imkanlar yaradır. Bu sahənin aktuallığı nəzərə alınaraq “Pyezoelektrik materiallardan istifadə olunmaqla elektrik enerjisi istehsalının və tətbiq sahələrinin tədqiqi” layihəsi Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin keçirdiyi KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsinin qalibi olub. Qrant layihəsinin İcra Planında nəzərdə tutulmuş bütün işlər həyata keçirilib. Mövcud pyezoelektrik materiallardan istifadə sahələri tədqiq olunub, tətbiq sahələrinin seçilməsi əsaslandırılıb. Pyezoelektrik materialların fiziki-texniki parametrləri təyin olunub və istehsal üsulları analiz edilib.
Layihə üzrə konstruktiv həllər təklif edilib, istehsal olunacaq elektrik enerjisinin hesablanması üsulu təqdim olunub. Layihədə istifadə olunacaq elementlər, enerjinin istehsalı və ötürülməsi üçün qurğular seçilib, layihənin ilkin texniki-iqtisadi əsaslandırmasına dair məlumatlar verilib. Pyezoelektrik materialların tətbiqi ilə avadanlıqların test, sınaq olunması və istismarı qaydaları qeyd olunub, Yekun mərhələdə pyezoelektrik materialların tətbiqi ilə avadanlıqların test, sınaq olunması və istismar qaydaları qeyd olunması nəzərdə tutulub. Pyezoelektrik materialların dielektrik kimi test olunması və istehsalı üzrə təcrübələr aparılıb.
Qrant layihəsinin yekun işləri üzrə Davamlı Aviasiya üzrə Beynəlxalq Simpozium (ISSA25) və Dronlar və Süni İntellekt üzrə Beynəlxalq Simpoziumlarına (ISUN-AI) təqdim edilən iki elmi məqalə (1. Research into the production areas of piezoelectric materials. 2. Provision of additional power supply for UAVs) qəbul olunmuşvə Simpoziumda təqdimatı keçirilib. Tədbirin elmimaterialları nüfuzlu Scopus bazasına yerləşdiriləcəkdir. Layihə çərçivəsində çap olunan “Increasing the Energy Efficiency of UAVs” elmi məqaləsi artıq Scopus bazasına yerləşdirilmişdir(https://www.scopus.com/authid/detail.uri?authorId=59124611500#). Daha bir “Research into the generation of electricity using piezoelectric materials at airports” mövzusunda məqalə Qazaxıstanda simpoziumda təqdim olunacaqdır (https://2025.isatech.org/).
Layihə çərçivəsində ölkəmizdə pyezoelektrik materialların tətbiq oluna biləcəyi bir çox istehsal sahələri ilə yanaşı Türkiyə Respublikasının nüfuzlu Ərciyəz Universitetində təqdimatla çıxış edilib.
Türkiyə Respublikasının Abdulla Gül Unversitetinə səfər olunub və unversitetin müasir avadanlıqlarla təchiz olunan laboratoriyaları ilə tanış olub, rəhbər işçiləri ilə müzakirələr aparılıb. Sonradanbu Universitetin müvafiq elm sahə alimləri ilə online görüş keçirilmiş elmin perspektiv inkişaf sahələri üzrə seminar keçirilib.
Ülviyyə Kəlbiyeva
Əkbərova Ülkər



19:12 04.12.2025
Oxunuş sayı: 1830