Şəmkirdə qəzada xəsarət alan 11 nəfər evə buraxılıb- Yenilənib
Dekabrın 4-də saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə xəsarət alan 12 nəfərdən 11 nəfərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Şəmkir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə, 1 nəfərin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
09:11
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hərəkətdə olan "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində altı nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.(ApA)
20:50 04.12.2025
Oxunuş sayı: 1736