Bakıda 18 yaşlı qız dəm qazından boğuldu
Bakıda 18 yaşlı qız dəm qazından boğularaq ölüb.
Crossmedia.az-ın məlumatına görə, hadisə ötən gün Nəsimi rayonunda baş verib.
Məlumata görə, 2007-ci il təvəllüdlü Leyli Məmmədova yaşadığı Dağıstan küçəsində evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
10:25 03.12.2025
Oxunuş sayı: 764