Dairəvi yolda baş verən qəza hərəkətdə sıxlığa səbəb olub
Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Lökbatan”dairəsi istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
"Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür", - məlumatdsa qeyd olunub.
09:34 03.12.2025
Oxunuş sayı: 1123