Şahin Şıxlinskiyə ömürlük həbs cəzası tələb olunur
Müstəntiqlər Şahin Şıxlinski barəsində iki qətlin təşkilində və həbs zamanı təhlükəsizlik işçisinə qarşı zorakılıq tətbiq etməkdə ittiham olunan üç cinayət işi üzrə istintaqı tamamlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə 66.ru xəbər saytı xəbər yayıb.
Məlumata əsasən, onun oğlu Mutvalı Şıxlinski də təhlükəsizlik işçisinə zor tətbiq etməkdə ittiham olunur və 10 ilədək həbs cəzası ilə üzləşir.
Təqsirləndirilənlər arasında ata və oğuldan başqa, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərov qardaşları, eləcə də Əsgər Rəcəbov da var. Onlar qətl və qətl cəhdində ittiham edilirlər.
Nəzrin Abbas
16:08 02.12.2025
Oxunuş sayı: 1319