Bakı Metropolitenində yaranmış problemə aydınlıq gətirildi - SORĞU
Bu gün səhər saatlarında "Nərimanov" elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkət intervalında gecikmələr yaşanıb.
Baş vermiş hadisə ilə əlaqadar olaraq, "Bakmil" stansiyasının fəaliyyəti məhdudlaşıb.
Problemin tez və operativ şəkildə aradan qaldırılması məqsədi ilə Texniki xidmətlər tərəfinfən müvafiq enerji təminatının bərpası üçün operativ şəkildə iş aparılıb.
Mövcud vəziyyətlə bağlı Bakı Metropoliteni Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Crossmedia.az- a açıqlamasında qatarların tam hərəkətinin bərpa olunduğunu bildirib:
“Hazırda Nərimanov elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi bərpa olunub və“Bakmil” stansiyası fəaliyyətini tam bərpa edib.
Qeyd edim ki, Yaşıl və Qırmızı xətlərdə qatarlararası intervallar qrafikə uyğun təmin olunub".
Sonda metropoliten rəsmisi hazırda qrafik üzrə 34 cüt/saat prinsipi ilə qatarların fəaliyyət göstərdiyini bildirib.
Elmir Heydərli
10:33 01.12.2025
Oxunuş sayı: 2038