Polşa Ukraynadan izahat tələb edib
Polşa Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermakın evində aparılan axtarışla bağlı rəsmi izahat tələb edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın Müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Polşa Ukraynanı dəstəkləməyə davam edir, lakin korrupsiyaya qarşı siyasətdə şəffaflıq vacib şərtdir. O qeyd edib ki, belə insidentlər Ukraynanın əleyhdarlarının xeyrinə işləyə və kritik məqamda alyansdakı etimadı sarsıda bilər.
Nigar Yahyazadə
16:54 28.11.2025
Oxunuş sayı: 942