Putin və Orban görüşüb
Rusiya prezidenti Vladimir Putin Kremldə Macarıstan Baş naziri Viktor Orban ilə görüşərək iki ölkə arasında enerji və diplomatiya sahəsində əməkdaşlığı müzakirə edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, danışıqlar zamanı Putin enerji sahəsində əməkdaşlığın geniş və uğurlu olduğunu qeyd edib, lakin bəzi məsələlərin dövlət rəhbərləri səviyyəsində müzakirəyə ehtiyacı olduğunu vurğulayıb.
Putin həmçinin Orbanın Budapeştdə Rusiya-Amerika sammitinin keçirilməsinə razılıq verdiyinə görə təşəkkürünü bildirib və sammitin ABŞ ilə danışıqlar nəticəsində Budapeştdə baş tuta biləcəyini qeyd edib. Rusiya Prezidenti Budapeşti Ukrayna məsələsində balanslı mövqedə olması ilə də yüksək qiymətləndirib.
Orban isə Macarıstanın xarici təzyiqlərə boyun əymədiyini, Rusiyayla əməkdaşlığı davam etdirdiyini və enerji sahəsində dialoqun davam etdirilməsini gözlədiyini bildirib. O həmçinin Ukrayna konflikti və Avropa İttifaqı ilə Rusiya arasında ticarətin bloklanması səbəbindən ölkəsinin ciddi iqtisadi itkilərlə üzləşdiyini qeyd edib.
Nigar Yahyazadə
16:34 28.11.2025
Oxunuş sayı: 989