Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığını gücləndirir
Ermənistan parlamenti ölkənin Avropa İttifaqının böhran idarəçiliyi əməliyyatlarında iştirakına dair sazişi ratifikasiya edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, sənəd hökumət partiyasından olan 55 deputatın lehinə, 24 deputatın bitərəf qalması ilə təsdiqlənib.
Xarici İşlər Nazirliyinin müavini Vaan Kostanyan bildirib ki, Ermənistan təkcə təhlükəsizliyin alıcısı olmayacaq, həm də Avropa tərəfdaşları tərəfindən həyata keçirilən tədbirlərə dəstək verəcək.
Nigar Yahyazadə
16:30 28.11.2025
Oxunuş sayı: 842