Hakan Fidan: Türkiyə Ukrayna üzrə sülh səylərini davam etdirəcək
Türkiyə Ukraynada tərəflər üçün qəbul edilə bilən sülhün əldə olunması istiqamətində səylərini davam etdirəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində alman həmkarı Yohann Vadeful ilə danışıqlardan sonra bildirib.
Crossmedia.az-ın verdiyi xəbərə görə məlumat X platformasında Türkiyə XİN tərəfindən paylaşılıb.
Fidan görüş zamanı Ukrayna münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldığını deyib:
“Ukraynada həm humanitar, həm də strateji baxımdan hər iki tərəf üçün qəbul edilə biləcək sülhün əldə olunması zəruridir. Biz bu istiqamətdə konstruktiv fəaliyyətimizi davam etdirəcəyik,” – nazir vurğulayıb.
Onun sözlərinə görə, görüş zamanı Almaniyaya Türkiyənin son dövrlərdə Ukrayna münaqişəsinin tənzimlənməsi üçün gördüyü addımlar barədə ətraflı məlumat verilib.
15:45 28.11.2025
Oxunuş sayı: 1085