Rubinyan Tatoyan və Sarkisyanla debat çağırışına hazırdır
Ermənistan Milli Məclisinin vitse-spikeri və Ermənistan–Türkiyə nizamlanması üzrə xüsusi nümayəndə Ruben Rubinyan, “Vahidlik Qanadları” siyasi təşəbbüsünün rəhbəri, keçmiş ombudsman Arman Tatoyan və ölkənin üçüncü prezidenti Serj Sarkisyanla açıq debat keçirməyə hazır olduğunu bildirib.
Bu barədə Crossmedia.az Ermənistanın bir sıra KİV-lərinin yaydığı məlumata istinadən xəbər yayıb.
Rubinyan sosial şəbəkədə yazıb ki, debat üçün hər cür şəraitə uyğunlaşmağa hazırdır:
“Bir tərəfdə — onlar ikisi, digər tərəfdə — mən tək. İstənilən gün, istənilən məkanda”, — deyə o, “Facebook” hesabında qeyd edib.
Mehriban İbrahimli
15:12 28.11.2025
Oxunuş sayı: 782