Kaya Kallas: Rusiya 100 ildə 19 ölkəyə hücum edib
Avropa İttifaqı-nın xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, son 100 ildə Rusiya 19-dan çox ölkəyə hücum edib, lakin eyni dövrdə heç bir dövlət Rusiyaya təcavüz göstərməyib və onun sərhədlərini pozmayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kallas Sovet İttifaqının mahiyyətinə toxunaraq onu “rus imperiyası” adlandırıb və bunun region ölkələri üçün hər zaman ciddi təhdid olduğunu vurğulayıb.
Onun sözlərinə görə, “Sovetlər hər tərəfə hücum edirdilər. Biz düşünürük ki, məntiqlə bu gün Rusiya ordusuna məhdudiyyətlər tətbiq edilməlidir. Rusiya öz büdcəsinin 30–40 faizini hərbi xərclərə ayırırsa, zaman gələcək bu hərbi gücü yenidən istifadə etmək ehtiyacı hiss edəcək”.
Kaya Kallas əlavə edib ki, Rusiyanın aqressiv siyasəti fonunda Avropa ölkələri təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirməli və mümkün risklərə qarşı daha hazırlıqlı olmalıdır.
Türkan Kərimli
15:30 28.11.2025
Oxunuş sayı: 865