ABŞ-də itlərin ömrünü uzadan dərman təsdiqlənib
ABŞ Qida və Dərman Administrasiyası itlərin ömrünü uzada bilən ilk dərmanı təsdiqləyib. Yeni preparat yaşa bağlı xəstəlik riskini azaldır və ev heyvanlarına təxminən üç il əlavə ömür bəxş edə bilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hazırda dərman əsasən orta və iri cins itlər üçün, 10 yaşdan yuxarı olanlar üçün tövsiyə olunur. Sınaqlar artıq tamamlanıb, preparat təhlükəsiz hesab edilib və satışa çıxarılıb. Dərmanın təxmini qiyməti ayda 85 dollar civarındadır.
15:03 28.11.2025
Oxunuş sayı: 938