12 günlük İran-İsrail müharibəsindən yeni rəsmi materiallar ortaya çıxıb
Bu dəfə İran Hərbi Hava Qüvvələri F-14 qırıcılarının fəaliyyəti ilə bağlı məlumat yayıb.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bildirilir ki, döyüş uçuşları zamanı İranın F-14-ləri cəmi üç böyük İsrail pilotsuz aparatını vurmağa müvəffəq olub və bunu da yalnız qısa məsafədən ediblər.
Bununla belə, şərhçilər qırıcıların bu döyüş uçuşlarına hazırlanması ilə bağlı kadrları təhlil edərkən vacib bir detal görüblər. Bu detal, hədəflər barədə vaxtında məlumat olduğu halda belə, niyə nəticənin bu qədər zəif olduğunu izah edir.
F-14-lər güclü radara sahib qırıcılar olsa da və İran onlar üçün öz uzun mənzilli Fakour-90 raketini hazırlayıb silahlanmaya daxil etsə də, müharibədə qırıcılar 1980-ci illərdən əvvəl yaradılmış köhnə hava-hava raketlərindən istifadə etməyə məcbur qalıblar: AIM-7E-2 və AIM-9J/P. Üstəlik, AIM-7E-2 ABŞ-da hələ 1960-cı illərin sonlarında qəbul olunmuş bir raketdir.
Bu raketlər həm müasir standartlarla çox köhnədir, həm də hədəfi vurma ehtimalı çox aşağıdır. Üstəlik vəziyyəti daha da pisləşdirən başqa problemlər də var.
Kağız üzərində uzaq məsafədə işləyə bilsə də, AIM-7E-2 F-14A ilə birlikdə istifadə olunanda bort radarının bir sıra uzaqmənzilli rejimləri ilə uyğun gəlmir və faktiki olaraq 15 km-dən uzaqda tətbiq edilə bilmir. Sənədlərdə yazılan 70 km praktikada mümkün olmur.
Bu problem raketin AIM-7E-4 adlı yeni modifikasiyasında aradan qaldırılmışdı, lakin həmin versiya İrana heç vaxt tədarük edilmədi. İnqilabdan əvvəl yalnız AIM-7E-2 sifariş edilmişdi, daha sonra isə ABŞ-dan bütün tədarük dayandırıldı. İran sonrakı illərdə yalnız köhnə versiyaları kontrabanda yolu ilə əldə edə bilib.
14:41 28.11.2025
Oxunuş sayı: 1361