Tonoyan 44 günlük müharibə hesabatına çıxış istəyir
Ermənistanın sabiq müdafiə naziri David Tonoyan 44 günlük müharibə hesabatına çıxış istəyir.
Bu barədə Crossmedia.az erməni KİV-lərinin yaydığı məlumata istinadən xəbər verir.
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibə üzrə parlament komissiyasının hesabatına yenidən çıxış əldə etmək üçün müraciət edib.
Tonoyan bildirib ki, o, iyulun 15-də və oktyabrın 28-də də parlament sədrinə eyni müraciətləri ünvanlayıb. Lakin noyabrın 13-də Milli Məclis administrasiyası ona hesabatın “hüquqi statusa malik olmadığını” əsas gətirərək müraciətin təmin olunmadığını bildirib.
Keçmiş nazir hüquqşünaslarla məsləhətləşdikdən sonra noyabrın 24-də yenidən sənədə çıxış verilməsi üçün müraciət edib və hüquqi izahatları, həmçinin parlament aparatı ilə yazışmalarını dərc etməyə hazır olduğunu açıqlayıb.
Parlamentin spikeri Alen Simonyan hesabatı dövlət və xidmət sirri olan sənədlərlə işləyən birinci şöbəyə göndərildiyini deyərək, sənədin təqdim olunması müddətlərinin keçdiyini və buna görə də reqlamentə əsasən gündəliyə daxil edilə bilməyəcəyini bildirib.
Mehriban İbrahimli
11:06 26.11.2025
Oxunuş sayı: 906