Azərbaycan Yüksək Liqasında IV turun son oyunu Tovuzda keçiriləcək
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura bu gün yekun vurulacaq.
Crossmedia.az xəbər verir ki, turun son qarşılaşması Tovuzda baş tutacaq.
"Turan" evdə "DH Volley" komandası ilə üz-üzə gələcək.
Görüş Tovuz Olimpiya Kompleksində saat 16:00-da start götürəcək.
09:37 26.11.2025
Oxunuş sayı: 1157