Bakıda kibertəhlükəsizlik sahəsində süni intellekt mövzusunda beynəlxalq seminar keçirilib
25-26 noyabr tarixlərində Bakı şəhərində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Kibertəhlükəsizlik sahəsində süni intellekt” mövzusunda beynəlxalq seminar keçirilib.
Crossmedia.az xəbər verir ki, seminarın məqsədi NATO-nun müvafiq strukturları, mükəmməlik mərkəzləri, eləcə də Alyansın üzv və tərəfdaş dövlətlərindən olan mütəxəssislərin iştirakı ilə Azərbaycanın aidiyyəti qurumlarının nümayəndələrinin kibertəhlükəsizlik sahəsində süni intellekt və əlaqədar məsələlər barədə məlumatlılığının artırılması olub.
Tədbir çərçivəsində rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsində süni intellektin rolu, süni intellektdən müdafiə və hücum məqsədli istifadəyə trendlər, habelə süni intellektin zərərli proqramlar və informasiya əməliyyatları da daxil olmaqla geniş spektrli kiber təhlükələrin qarşısının alınmasında əhəmiyyəti və s. kimi mövzular ətrafında müzakirələr aparılıb.
10:42 26.11.2025
Oxunuş sayı: 1068