Ceyhun Bayramov “Napoli” – “Qarabağ” oyununu stadiondan izləyib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində Neapolda keçirilən UEFA Çempionlar Liqasının “Napoli” – “Qarabağ” oyununu canlı olaraq stadiondan izləyiblər.
Crossmedia.az xəbər verir ki, Ceyhun Bayramov oyundan sonra klub prezidenti Tahir Gözdəl ilə birlikdə komandanın futbolçuları ilə görüşüb. O, “Qarabağ”ın Avropanın ən güclü komandalarından biri ilə qarşılaşmada göstərdiyi oyun üçün futbolçulara təşəkkür edib, komandanı layiqli çıxışına görə təbrik edib və növbəti matçlarda uğurlar arzulayıb.
Nazir bildirib ki, “Qarabağ”ın beynəlxalq arenadakı çıxışları Azərbaycanı uğurla təmsil edir və ölkənin idman imicinin güclənməsinə ciddi töhfə verir.
Nastya Qəniyeva
10:52 26.11.2025
Oxunuş sayı: 1321