Tramp: Zelenski və Putinlə yekun sülh razılaşması hazır olduqda görüşəcəm
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlarda son həftələrdə böyük irəliləyiş əldə olunub.
Crossmedia.az xəbər verir ki, Tramp bunu “Truth Social” sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, ABŞ tərəfindən hazırlanmış 28 maddəlik ilkin sülh planı hər iki tərəfin əlavə təklifləri nəzərə alınmaqla yenilənib və yalnız bir neçə fikir ayrılığı qalır.
Prezident əlavə edib ki, onun xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvada Vladimir Putinlə, ABŞ ordu naziri Den Driskoll isə Ukrayna tərəfi ilə görüşəcək. Danışıqlardakı irəliləyiş barədə Trampa vitse-prezident C. D. Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Hegset və Ağ Evin aparat rəhbəri Syuzi Uayls məlumat verəcək.
Tramp Zelenski və Putinlə görüşməyə hazır olduğunu bildirib, lakin görüşün yalnız sülh razılaşmasının “tam hazır olduğu və ya yekun mərhələsinə çatdığı” anda baş tutacağını vurğulayıb.
Prezident ən qısa zamanda sülhə nail olunacağına ümid etdiyini qeyd edib.
Fidan Quliyeva
11:04 26.11.2025
Oxunuş sayı: 928