Lukaşeno Putinlə görüşüb bu məsələləri müzakirə edəcək
Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçiriləcək sammitində iştirak edəcək.
Crossmedia.az bu barədə Pul Pervogo Teleqram kanalına istinadən xəbər verir.
Bildirilir ki, Lukaşenko sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə də görüşməyi planlaşdırır. Görüşün əsas mövzuları Avrasiya məkanında təhlükəsizliyin təmin edilməsi və regional təhlükəsizliklə bağlı aktual məsələlər olacaq.
Günel Verdiyeva
10:55 26.11.2025
Oxunuş sayı: 1000