Deputat regionlarda idmanın inkişafı üçün orijinal təklif səsləndirib
Əsas məsələ idmanın kütləviləşdirilməsidir. İdman yalnız şəhər mərkəzləri ilə məhdudlaşmamalıdır.
Bunu Crossmedia.az-a geniş müsahibəsində Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Müşfiq Cəfərov deyib.
“Kəndlərdə də zallar, meydançalar olmalıdır ki, uşaqlar şəhərə gəlmədən idman edə bilsinlər. Kənd mühitində böyüyən uşaqlar çox sağlam olur və onlar gələcəyin çempionlarına çevrilir. Bu baxımdan bələdiyyələrin birləşməsi də yeni imkanlar açır. Bələdiyyələr öz aralarında idman əməkdaşlığı qura, kəndlərdə futbol və voleybol komandaları yarada bilərlər”, - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
22:13 17.11.2025
Oxunuş sayı: 1672