"Mən Feyerbaxam" monotamaşası yenidən nümayiş olunub
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Mən Feyerbaxam” adlı monotamaşa yenidən teatrsevərlərə təqdim olunub.
Crossmedia.az xəbər verir ki, səhnə əsərində əsas rolu Əməkdar artist Şövqi Hüseynov ifa edib.
Psixoloji dram janrında hazırlanmış tamaşanın bədii tərtibatçısı Şövqi Hüseynov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı isə Vadim Kuskovdur.
Alman dramaturqu Tankret Dorstun eyniadlı pyesi əsasında səhnələşdirilən monotamaşa ilk baxışda seçim imtahanını xatırlatsa da, əslində bir aktyorun daxilində yaşadığı çətinliklərdən, onun bu çətinliklərlə mübarizəsindən və həmin mübarizədəki dərin tənhalıq hissindən bəhs edir.
Ayan Sədi
11:18 17.11.2025
Oxunuş sayı: 1463